Rusiyada daha bir “mauqli-uşaq” tapılıb

19:42 | 26.11.2019
Rusiyada daha bir “mauqli-uşaq” tapılıb

Rusiyada daha bir “mauqli-uşaq” tapılıb

Rusiyanın paytaxtında polislər 2 yaşlı "mauqli-uşaq” tapıblar. Onun bədənində çoxsaylı həşərat sancmalarının izi olub.
Bu barədə Life.ru xəbər verib.
Bildirilir ki, qonşular polisə müraciət edərək, mənzillərin birində baxımsız halda bir uşağın qaldığını deyiblər. Polislər hadisə yerinə gəldikdə isə zibil yığını içindən körpə qız uşağı tapıblar.

Məlum olub ki, uşağın 22 yaşlı anası sərgərdan həyat tərzi sürür və qızı ilə maraqlanmır. Qadın öz uşağını nənəsinin – 1-ci qrup əlilin himayəsinə qoyub, o isə uşağa baxa bilməyib.
Tibb işçiləri uşaqda kəskin virus infeksiyası müəyyən ediblər. Bundan başqa körpənin bədənində çoxlu həşərat sancmalarının izi olub. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda onun həyatının təhlükədə olmadığı bildirilir.
Ana ilə bağlı "Yetkinlik yaşına çatmayan uşağı böyütmək vəzifəsini yerinə yetirə bilməmək” maddəsi ilə cinayət işi açılıb.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti