Rusiyada daha bir sosial şəbəkəyə qadağa qoyulub

20:38 | 08.10.2024
Rusiyada daha bir sosial şəbəkəyə qadağa qoyulub

Rusiyada daha bir sosial şəbəkəyə qadağa qoyulub

Rusiyada "Discord" messencerinə giriş məhdudlaşdırılıb.Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor”) məlumat yayıb. 

"Discord messencerinə giriş Rusiya qanunvericiliyinin tələblərini pozduğu üçün məhdudlaşdırılıb", - deyə "Roskomnadzor”un mətbuat xidməti bildirib.

Məlum olub ki, messencer tərəfindən pozulan qanunlar platformadan terror və ekstremist məqsədlər üçün istifadə edilməsinin və ya orada qadağan olunmuş məlumatların yerləşdirilməsinin qarşısının alınması ilə bağlıdır.

"Roskomnadzor” qeyri-qanuni məlumatların silinməsi üçün "Discord"a bir çox tələblər göndərib, lakin platforma onlara əməl etməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti