Qonşu ölkəyə turist kimi ən çox Ukraynadan üz tuturlar.
Bu ilin I yarısında Rusiyada dincələn xarici vətəndaşların sayına görə Ukraynadan gələnlər lider olub.
"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "TurStat” anatilik agentliyindən bildirilib.
Məlumatda deyilir ki, 6 ay ərzində Rusiya 3,9 mln. nəfər Ukrayna vətəndaşının qonaq kimi qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.
İkinci yerdə isə 1,5 mln. nəfərlik göstərici ilə Qazaxıstan vətəndaşları qərarlaşıb. Amma onların sayı illik müqayisədə 4% azalıb.
Əvəzində Rusiyaya üz tutmuş Çin vətəndaşlarının sayı 21% artaraq 552 min nəfərə çatıb. Top-5-ə daxil olan Finlandiya vətəndaşlarınıns ayı 28% azalaraq 504 minə, Azərbaycan vətəndaşlarının sayı isə 9% azalaraq 403 minə düşüb.
Məlumatda həmçinin bildirilir ki, Asiya ölkələrə Rusiyaya satılan turpaketlərin sayına görə liderdir. Yarım il ərzində Cənubi Koreyadan Rusiyaya 97 min nəfər turist kimi üz tutub ki, bu da 1 il əvvələ nisbətən 43% çoxdur. Növbəti yerlərdə 17%-lik artımla Çin və Yaponiya qərarlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !