Rusiyada şəxsi məlumatlarını təsdiqləməyən 4,5 milyon xarici vətəndaşa məxsus SIM kartlar bloklanacaq.Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor") məlumat yayıb.
Məlumata görə, Rusiya ərazisində xarici SIM kart sahiblərinin təkrar identifikasiyası həyata keçirilir. Yoxlama mobil operatorların ofislərində aparılır. Müəyyən edilmiş vaxtda ofislərə gəlməyən və məlumatlarını təsdiqləməyən 4,5 milyon SIM kart bloklanacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !