Rusiya elitası – dünyada tədqiq edilməmiş elitadır. SSRİ-nin süqutundan sonra zənginlər sinifi sadəcə yaranırdı, sonra isə bir neçə əmlak dəyişməsi oldu.Nəticədə isə, elita haqqında fikir yürüdərkən, məhz kimdən danışıldığı barədə təssəvvür yaratmaq çətin olur.Oxu.Az “Lenta.ru”ya istinadən rusiyalı zənginlərin etnik mənsubiyyəti haqqında infocədvəli təqdim edir.Rusiya zəngin biznesmenləri arasında cəmi 22 etnos var. bu etnosların Rusiyada summar cəmi 126,4 milyondan ibarətdir, yəni ölkənin əhalisinin əksər hissəsi.Rusiyannı zəngin iş adamları 2014-cü ildə aşağıdakı etnos qruplara ayrılır:1. “Böyük üçlük” – nümayəndələrin sayı onlarladır: rus, yəhudi və ukraynalılar.2. “Orta tərkib” – tatarlar, ermənilər, dağ yəhudiləri, azərbaycanalılar, inquşlar, çeçenlər, osetinlər, özbəklər.3. “Nadir nümayəndələr” – avarlar, ərəblər, belaruslar, yunanlar, gürcülər, kabardinlər, qazaxlar, kürdlər, ləzgilər, litvalılar, moldovanlar.“Rusiyanın 200 ən varlı iş adamı -2014” siyahısına daxil olan ən zəngin azərbaycanlıların summar kapitalı 16,8 milyard dollardır, ermənilərdə isə bu göstərici 21,0 milyard dollardır.Bundan başqa qeyd edək ki, 16,8 milyard dollardan 13,6 milyard dollar bir azərbaycanlının – “Lukoyl” şirkətinin prezidenti Vagit Ələkbərovun payına düşür.Ermənilərdə isə Sergey Qalitski-Artunyan liderlik edir. 21 milyard dolların demək olar ki yarısı – 10,3 milyardı “Maqnit” pərakəndə şəbəkəsinin təsisçisi və həmsahibinin payına düşür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !