Rusiyada FACİƏ- 3 nəfər yanaraq öldü

09:02 | 22.09.2020
Rusiyada FACİƏ- 3 nəfər yanaraq öldü

Rusiyada FACİƏ- 3 nəfər yanaraq öldü

Rusiyada fərdi yaşayış evində baş verən yanğın bir neçə nəfərin ölümü ilə nəticələnib.

Anews.az xarici KIV-ə istinadən xəbər verir ki, hadisə Orenburq vilayətində qeydə alınıb.

Belə ki, 120 kv.m sahəsi olan fərdi yaşayış evi yanmağa başlayıb. Hadisə yerinə 9 yanğınsöndürən avtomobil və 20 nəfər canlı qüvvə cəlb edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı üç nəfərin meyiti aşkar edilib. Ölənlərdən ikisi qadındır.

Hazırda yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb