Rusiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi - VİDEO

10:13 | 25.03.2020
Rusiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi - VİDEO

Rusiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi - VİDEO

Sakit okeanda Rusiyanın Şimali Kuril adalarından 250 km aralıda 7,2 bal gücündə zəlzələ baş verib.

"Mash” "Telegram” kanalının məlumatına görə, yeraltı təkanlar adalarda hiss olunub.

Təbii fəlakət nəticəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb, istilik boruları zədələnib, bir sıra binalara ciddi zərər dəyib.

Bundan əlavə, Kuril adalarına doğru okeandan böyük dalğa gəlir. Bununla əlaqədar olaraq, Paramuşir adasından 400 nəfər təxliyyə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb