Rusiyada "havayı ər" xidməti işə başladı

23:00 | 12.03.2015
Rusiyada

Rusiyada "havayı ər" xidməti işə başladı

Moskva Bələdiyyəsi evindəki təmir işlərini görə bilməyən kasıb və imkansız ailələr üçün yeni xidmət təklif edir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Moskva Bələdiyyəsi qeyri-adi layihəyə start verib və layihənin qəribə tərəfi onun adıdır: "Havayı ər".

"The Moscow Times" qəzetinin yazdığına görə, bu xidmətin müqabilində xidmətə gedən işçilər kasıb ailələrdən pul almayacaq, qismən imkanı olanlardan isə cüzi pul ödəmələri xahiş olunacaq.

Moskva Bələdiyyəsinin sosial məsələlər üzrə sədr yardımçısı Andrey Beştanko deyib ki, evdəki bütün kişi işlərini - rəflərin təmir olunmasından, qaz, su boru xəttlərini, suvaq və digər işləri məhz bu xidmətdə çalışan şəxslər yerinə yetirəcəklər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM