Rusiyada hərbçilər üçün messenger yaradılıb

16:53 | 02.09.2024
Rusiyada hərbçilər üçün messenger yaradılıb

Rusiyada hərbçilər üçün messenger yaradılıb

Rusiya hərbi məqsədlər üçün nəzərdə tutulmuş xüsusi messencer hazırlayıb. Bu barədə "İzvestiya” qəzeti məlumat yayıb.


"Löktar” könüllü dəstəsinin mütəxəssisləri taktiki xəritələri və daxili döyüş messencerini birləşdirən proqram təminatı yaradıblar.

"Löktar”ın nümayəndəsi izah edib ki, cəbhə messenceri internet və server olmadan işləməlidir.

Bundan əlavə, tətbiqi proqram təminatı radiostansiyalar və ya radio körpülərində qapalı Wi-Fi zolaqları kimi ön xətt rabitə vasitələrindən istifadə etməklə məlumatların ötürülməsi imkanı ilə zənginləşdirilib. 


Proqram təminatı artıq hərbi zonada sınaqdan keçirilib. Messencer "Shorokh” smartfonuna və "Gran” radiotezliyinin vəziyyətini təhlil etmək funksiyasına malik smartfon-radio qurğusuna daxil edilib. Həmçinin, üçüncü tərəf cihazlarında quraşdırıla bilər.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM