Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı - Yenilənib

21:06 | 17.10.2022
Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı - Yenilənib

Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı - Yenilənib

Rusiyanın Krasnodar vilayətinin Yoysk şəhərində hərbi təyyarə yaşayış binasına çırpılıb. 

"Qafqazinfo" xəbər verir ki, "Su-34” təyyarəsi Yoysk şəhərinin Kommunist küçəsində yaşayış binasına dəydikdən sonra yanğın baş verib. Yanğın 9 mərtəbəli binaya keçib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Pilotun katapult edərək xilas olduğu bildirilir.
Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.
***
Rusiya Müdafiə Nazirliyi Krasnodar vilayətinin Yoysk şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı məlumat yayıb. Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini əhatə edir. Yanğın 2 min kvadratmetr sahəni bürüyüb.
***
"Su-34" təyyarəsinin binaya çırpılması faktı ilə əlaqədar cinayət işi açılıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb