Rusiyada homoseksualların maşın sürməsi qadağan edildi

14:45 | 09.01.2015
Rusiyada homoseksualların maşın sürməsi qadağan edildi

Rusiyada homoseksualların maşın sürməsi qadağan edildi

Rusiyada bundan sonra transeksuallara və transgenderlərə avtomobil sürmək üçün lisenziya verilməyəcək. Fetişizm, egzibişionizm və voyerizm də "psixoloji pozğunluq" kimi qeydə alınıb, bu qəbildən olanlar da maşın sürməkdən məhrum edilib. 

ANN.Az-ın "BBC"yə istinadən xəbərinə görə, hökumət yol qəzalarının sayının artmasını səbəb göstərib və sürücülərə tibbi nəzarəti gücləndiridiyini bildirib. 

"Pataloji" qumarbazlıq və kompulsiv oğurluq da siyahıya daxil edilib. Rusiya psixiatrları və hüquq müdafiəçiləri qərarı qınayıblar. 

Qərar beynəlxalq ictimaiyyətin Rusiyanı homoseksualların hüquqlarını pozmaqda ittiham etdiyi bir dövrdə verilib. 

2013-cü ildə Rusiyada "Qeyri-ənənəvi həyat tərzinin təbliği" illeqal elan edilib. 

BBC-nin Rus xidmətinə açıqlama verən Rusiya Psixiatrlar Birliyindən Valeri Yevtuşenko sürücülük hüquqlarının məhdudlaşdırılmasından narahatlıq duyduqlarını bildirib. O, sürücülük hüququndan məhrum olmaqdan ehtiyat edən bir çox şəxsin psixoloji yardımdan imtina edəcəyini deyib. 

Ancaq Peşəkar Sürücülər Birliyinin başçısı Aleksandr Kotov qanunun qəbulunu dəstəkləyib: "Yollardakı qəzalara görə çox sayda insan ölür və biz inanırıq ki, tibbi tələblərin gücləndirilməsi başadüşüləndir". Amma o əlavə edib ki, qeyri-peşəkar sürücülər üçün tələblər həddindən artıq sərt olmamalıdır. 

Rusiyalı psixologiya eksperti Mixail Straxov "şəxsiyyət pozğunluğu" anlayışının qüsurlu olduğunu və bəzi pozğunluqların sürücülük vəsiqəsi almağa mane olmadığını deyib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM