Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda - Pensiya Alacaqlar - YENİLİK

11:01 | 27.04.2022
Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda - Pensiya Alacaqlar - YENİLİK

Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda - Pensiya Alacaqlar - YENİLİK

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" müqavilə imzalanıb.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Sənədi hər iki ölkənin baş nazir müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.

Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya və sosial sığortalanma üzrə digər hüquqlarının tanınmasını təmin etmək əsas istiqamətlərdən biridir.

Yeni imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" müqavilə iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM