Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə qurtardı - YENİLƏNİB

23:20 | 01.07.2020
Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə qurtardı - YENİLƏNİB

Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə qurtardı - YENİLƏNİB

Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə başa çatıb, ölkənin qərbindəki - Kalininqrad diyarındakı sonuncu seçki məntəqələri Bakı vaxtı ilə saat 22:00-da bağlanıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. 
Qeyd edək ki, Konstitusiyaya düzəlişlər üzrə ümumrusiya səsverməsi 22 aprelə təyin edilmişdi, amma sonra ölkədəki mürəkkəb epidemiologiya vəziyyətə görə səsvermələr təxirə salınmışdı. Daha sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirdi ki, səsvermə 1 iyulda keçiriləcək.
Epidemiologiya vəziyyəti və əhalinin təhlükəsizliyi nəzərə alınaraq rusiyalıların iyunun 25-dən iyulun 1-dək səs vermələri barədə qərar qəbul edilib.
***21:46
Moskvada və Rusiyanın çox hissəsində ölkə Konstitusiyasına düzəlişlər üzrə səsvermə qurtarıb.
"Report”un Rusiya bürosu xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən yerli vaxtla saat 20:00-da seçici fəallığı 64,99% təşkil edib, onlardan 71,99%-i dəyişikliklərin lehinə səs verib.
Qeyd edək ki, ölkədə ilk olaraq Kamçatka diyarı və Çukotsk muxtar dairəsində səsvermə başa çatıb. Bir saat sonra isə Kalininqrad vilayətində seçki məntəqələri bağlanacaq.
Xatırladaq ki, səsverməyə 206 düzəliş çıxarılıb. Onlar Dövlət Dumasının deputatları artıq düzəlişləri qəbul ediblər, Konstitusiya Məhkəməsi isə düzəlişləri qanuni elan edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti