Rusiyada son bir gündə daha 9 268 nəfərə koronavirus diaqnozu qoyulub.
"Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 405 843 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 138 nəfər artaraq 4 693-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 171 883 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 595 nəfər.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu ötüb. Bunların 2,7 milyon nəfərdən çoxu sağalıb, 371 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !