Rusiyada koronavirusdan ölüm sayı 86 mini ötdü

14:50 | 28.02.2021
Rusiyada koronavirusdan ölüm sayı 86 mini ötdü

Rusiyada koronavirusdan ölüm sayı 86 mini ötdü

Rusiyada son sutka ərzində koronavirusa 11 359 yeni yoluxma halı qeydə alınıb.

Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 246 079 nəfərə çatıb.

Rusiyada son bir gündə 379 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 86 122 nəfərdir. İndiyədək 3 811 797 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM