Rusiyada LGBT ilə bağlı yeni qanun - QƏBUL EDİLDİ

13:00 | 24.11.2022
Rusiya deputatları LGBT təbliğatının tam qadağan edilməsi ilə bağlı qanunlar paketi qəbul ediblər. Bu barədə parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin məlumat verib.

Onun sözlərinə görə, qeyri-ənənəvi cinsi münasibətlərin hər hansı təbliğatına görə məsuliyyət tətbiq olunacaq.
 
Bundan əlavə, pedofiliyanın təbliğinə və cinsiyyətin dəyişdirilməsinə qadağa qoyulub.
 
Cərimələr 10 milyon rubl təşkil edəcək. 
 
İnternetdə, mediada, kitablarda, audiovizual xidmətlərdə, kinoda və reklamda yeniyetmələr arasında cinsiyyət dəyişikliyi çağırışlarının qadağan edilməsi də açıq şəkildə ifadə olunub.
 
Aytac

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM