Rusiyada MiQ-31 qəzaya uğrayıb

11:50 | 02.12.2022
Rusiyada MiQ-31 qəzaya uğrayıb

Rusiyada MiQ-31 qəzaya uğrayıb

Rusiyanın Primorsk diyarında MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

"MiQ-31 havaya qalxandan dərhal sonra qəzaya uğrayıb. O, Alekseevka kəndi yaxınlığındakı meşədə qəzaya uğrayıb. Ekipaj katapult edib. Pilotların vəziyyəti araşdırılır. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur", - Fövqəladə Hallar Xidmətindən bildirilib.

Hadisə ilə bağlı məlumatı Şərq Hərbi Dairəsinin mətbuat xidməti də təsdiqləyib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM