Rusiyada müsəlmanlar üçün telefonlar satışa çıxarıldı

15:19 | 08.01.2015
Rusiyada müsəlmanlar üçün telefonlar satışa çıxarıldı

Rusiyada müsəlmanlar üçün telefonlar satışa çıxarıldı

Rusiyada ilk dəfə müsəlmanlar üçün telefonlar satışa çıxarılıb.

Onların xüsusiyyəti istifadəçiyə gündə beş dəfə namaz vaxtının çatmasını xəbər verən zəngli saat funksiyasının əlavə olunmasıdır. Trend xəbər verir ki, bu barədə cümə axşamı TASS agentliyinə Rusiya Müsəlmanları İttifaqının sədri Nailə Ziqanşina bildirib.

Telefon İslamın üç ənənəvi rəngində - yaşıl, qırmızı və qara rənglərdə təqdim edilib. Onun korpusu şərq üslubunda qızılı naxışlarla bəzədilib. Telefonun yaddaşında ərəb və rus dillərində Quran yerləşdirilib. Rahat menyu oxuma üçün lazımlı mətni seçərək surələrin arasında tez keçid etməyə imkan verir.

Telefona 1,3 meqapiksel həcmində kamera, fənər, radioqəbuledici yerləşdirilib. O iki sim-kartla işləyir, Bluetooth və GPRS simsiz rabitəsi ilə təchiz edilib. Mobil telefonun daxili yaddaşı 64 meqabaytdır.

Telefonların buraxılışı ilə məşğul olan şirkətin nümayəndəliyindən dəqiqləşdiriblər ki, bir qurğunu qiyməti 1,9 min rubldur. Telefonlar Çində yığılır.

Rusiya Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin nümayəndəsi Timur İmayev bəyan edib ki, qurğunu yaratmazdan əvvəl mütəxəssislər möminlərin maraqlarını öyrəniblər, gündəlik həyatda onlara hansı aparatların yararlı olduğunu soruşublar.

İmayev deyib ki, telefonun menyusu çox sadədir və onun möminlər tərəfindən istifadəsinin rahat olacağı aydındır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM