Rusiyada pandemiya ilə bağlı son vəziyyət

12:03 | 08.11.2020
Rusiyada pandemiya ilə bağlı son vəziyyət

Rusiyada pandemiya ilə bağlı son vəziyyət

Rusiyada son bir gündə 20 498 nəfərə koronavirus diaqnozu qoyulub.

Anews.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 1 774 334 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 286 nəfər artaraq 30 537-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 324 419 nəfər sağalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM