Rusiyada polis azərbaycanlıların maşınını gülləyə tutdu

18:41 | 30.10.2014
Rusiyada polis azərbaycanlıların maşınını gülləyə tutdu

Rusiyada polis azərbaycanlıların maşınını gülləyə tutdu

Rusiyada azərbaycanlılardan ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib.

Məlumata görə, Puşkin şəhərində 3 nəfər azərbaycanlıdan ibarət mütəşəkkil cinayətkar dəstə polisdən qaçmağa cəhd göstərib. Həmin şəxslərin olduğu maşın yol polisi tərəfindən saxlanılan zaman onlar qəfildən avtomobili işə salaraq ərazidən uzaqlaşmağa cəhd ediblər. Polis əməkdaşları tabel silahından istifadə edərək maşının təkərlərinə atəş açıblar.

Hər 3 şəxs həbs edilib. Polisin rəsmi məlumatına görə, saxlanılan şəxslər 28 ilə 31 yaş arası Azərbaycan vətəndaşlarıdır. Tutulan şəxslərdən birinin soyadının Əliyev olduğu dəqiqləşib. Faktla bağlı araşdırma aparılır (modern.az).

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM