"Yabloko" siyasi partiyasının fraksiyaları üç regional qanunverici iclasda prezidentin hərbi qüvvəni xaricdə istifadə etmək hüququnu məhdudlaşdıran qanun layihəsi təklif edib.
anews.az-ın xəbərinə görə, bu barədə "Dojd" məlumat verir.
Partiya tərəfindən təklif olunan düzəlişlərdə deyilir ki, Rusiya silahlı qüvvələrinin ölkə xaricində operativ istifadə müddəti 60 gündən, qeyri-operativ isə bir ildən çox olmamalıdır.
Prezident istifadə müddətlərini uzatmaq uçun Federasiya Şurasına müraciət etməlidir. Düzəlişlərin Müdafiə haqqında qanuna daxil edilməsi planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !