Rusiyada qafqazlılarla kütləvi dava - VİDEO

10:40 | 08.01.2014
Rusiyada qafqazlılarla kütləvi dava - VİDEO

Rusiyada qafqazlılarla kütləvi dava - VİDEO

Rusiyanın Kazan şəhərində qafqazlılarla yerli sakinlər arasında kütləvi dava baş verib. 
ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 20 nəfərin iştirakı ilə baş verən insident şəhər mərkəzindəki Bauman küçəsində baş verib. 
"Aparılan araşdırmalardan sonra məlum olub ki, davaya səbəbkarlar 1993 və 1995-ci il təvəllüdlü Kazan sakinləridir. Kastetlərlə, qaz balonları və bıçaqlarla silahlanmış həmin şəxslər qafqazlılara hücum ediblər. Nəticədə müxtəlif bədən xəsarətləri alan 19 yaşlı iki nəfər xəstəxanaya çatdırılıb", - Tatarıstan daxili işlər nazirliyinin yaydığı məlumatda bildirilir. 
Davanın iştirakçılarından bəziləri aradan çıxmağa müvəffəq olsalar da, polis onlardan bəzilərini tutub, şübhəlilərin evində axtarış aparılıb. 
Hazırda hücumu təşkil edən iki şəxs barəsində həbs qəti imkan tədbiri seçilib, davanın digər iştirakçıları isə ev həbsinə məhkum edilib. Hadisə barəsində xuliqanlıq, bədənə ağır xəsarət yetirmək maddələri üzrə cinayət işi başladılıb. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM