Rusiyada qaz kəmərində yanğın olub

22:00 | 19.11.2022
Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda qazpaylayıcı stansiyada güclü yanğın baş verib.
 
Bu barədə  Rusiya mətbuatı xəbər verir.

Vilayətin səlahiyyətli orqanlarının yenilənmiş məlumatına görə, yanğın Bernqardovka və Kovalevo arasında qaz kəmərində baş verən partlayış nəticəsində qeydə alınıb. Yanğının yaşayış məntəqələrinə keçmə təhlükəsi yoxdur.
Açıq ərazidəki yanğın söndürülüb.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM