Rusiyada qəza törədən azərbaycanlı reperin cəzası bəlli oldu

16:57 | 15.04.2021
Rusiyada üç nəfərin xəsarət aldığı qəzaya görə azərbaycanlı reper Elmin Quliyev dörd il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə "İnterfax”a Moskvanın Xamovniçeski Məhkəməsinin mətbuat xidmətindən bildiriblər.

O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə zərərçəkmişlərin mülki iddialarını da qismən təmin edib.

Xatırladaq ki, qəza 21 sentyabr 2020-ci ildə baş verib. Qəza nəticəsində iki piyada - kişi və qadın, habelə qəzanı törədənin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Quliyev qəzada günahını boynuna alsa da, ayıq olduğunu israr edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti