Milyonlarla müsəlman əsas bayramlarından birini, Qurban Bayramını qeyd edir. İstiPress Rusiya mətbuatına istinadan xəbər verir ki, Tatarstanda ənənəvi bayram namazı qılınıb. Geniş bayram tədbirləri Çeçenistan, Kabardin-Balkar və digər yerlərdə keçiriləcək. Bu gün adı çəkilən yerlərdə istirahət günü elan olunub.
Rusiyanın paytaxtı Moskvada isə ilkin məlumatlara görə üç yüz mn nəfərdən çox insan bayram tədbirində iştirak edəcək. Namaz yerli vaxtla saat 6.30-da başlanıb və iki saat davam edib. Xatırladaq ki, Qurban Bayramı Moskvada Bilik Günü ilə üst-üstə düşür. Qurbanlıq heyvanların kəsilməsi üçün şəhərdə 15 meydança ayrılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !