Rusiyada quşlar da sərxoş olmağa başlayıb

16:50 | 22.01.2014
Rusiyada quşlar da sərxoş olmağa başlayıb

Rusiyada quşlar da sərxoş olmağa başlayıb

Rusiyanın Novosibirsk şəhərinin sakinləri bir neçə gün özlərini çox qəribə şəkildə aparan ardıc quşlarını müşahidə ediblər: onlar sanki sərxoş imişlər. 

ANN.Az-ın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, məlum olub ki, qıcqırmış giləmeyvə yeyən lələklilər həqiqətən "sərxoş" olublar. 

"Bu il Sibirdəki anomal istilərlə əlaqədar ağacların meyvələri tez dona bilməyərək qıcqırıb. Bu meyvələri yeyən ardıc quşları sərxoş olublar", - bu sözləri agentliyə açıqlamasında ornitoloq İqor Veresov deyib. O bildirib ki, quşların özlərini belə aparmasında heç bir təhlükə yoxdur. 

Veresov bildirib ki, Sibirdə buna bənzər hadisələr çox nadir hallarda baş verir. Ancaq ölkənin Avropa hissəsində quşların və məməlilərin meyvə və giləmeyvələrdən sərxoş olması tez-tez müşahidə olunur. 

Ardıc quşları yayda həşərat və bitkilərlə, qışda isə donmuş giləmeyvələrlə qidalanır. Bu quşlar əsasən meşələrdə yaşayır və böyük sürülər şəklində hərəkət edirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb