Rusiyada Azərbaycan vətəndaşı polisə rüsvət təklif etdiyi üçün saxlanılıb.
ANS PRESS-in məlumatına görə, hadisə Krasnoyarsk əyalətinin yaxınlığında yerləşən Dudinka şəhərinə baş verib. Azərbaycan vətəndaşını ölkənin nəqliyyat polisinin əməkdaşları saxlayıb.
"Onun ölkədən deportasiyası üçün qərar qəbul edilib. Ancaq həmin şəxs polisə 200 dollar rüşvət verməklə ölkə ərazisində qalmaq istəyib. Polis onun bu qanunsuz əməlinin qarşısını alıb”,- deyə polisin yaydığı məlumatda deyilir.
Azərbaycanlı məhkəmənin qərarı ilə 383 min 39 rubl (6200 manat) məbləğində cərimə edilib.
Bundan əvvəl də Rusiyanın paytaxtı Moskva yaxınlığında azərbaycanlı rüşvət verdiyi üçün saxlanılıb. Həmin şəxs külli miqdarda narkotik maddə daşımaqda ittiham edilirdi.
Hüquq mühafizə orqanlarının məlumatına görə, Moskva vilayətinin Podolsk şəhərində saxlanılan şəxsin qardaşı narkotiklə mübarizə idarəsinin əməkdaşlarının kabinetinə gəlib.
"O, saxlanılan şəxslə bağlı sübutları saxtalaşdırmaq üçün 500 min rubl (5850 manat) məbləğində rüşvət tələb edib".
Saxlanılan şəxsin və qardaşının adı açıqlanmayıb. Narkotik daşımaqda şübhəli bilinən kişi və qardaşını xilas etmək üçün polisə rüşvət təklif edən şəxs barəsində cinayət işi açılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !