Rusiyada sərnişin təyyarəsi sərt eniş etdi, xəsarət alanlar var

20:38 | 12.09.2021
Rusiyada sərnişin təyyarəsi sərt eniş etdi, xəsarət alanlar var

Rusiyada sərnişin təyyarəsi sərt eniş etdi, xəsarət alanlar var

Rusiyaya məxsus L-410 sərnişin təyyarəsi İrkutsk vilayətində sərt eniş edib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a fövqəladə xidmətlərdəki mənbə bildirib.

Məlumata görə, hava gəmisi Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbində sərt eniş edib. O, Kazaçinskiyə İrkustkdan uçurmuş. Təyyarənin göyərtəsində iki ekipaj üzvü daxil olmaqla, 14 nəfər olub. Eniş zamanı hava gəmisi tamamilə sıradan çıxıb. Bir neçə nəfər xəsarət alıb. 

Rusiya FHN təyyarənin sərt eniş etməsi barədə məlumatı təsdiqləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb