Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib - FOTO

15:43 | 22.01.2019
Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib - FOTO

Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib - FOTO

Surqur - Moskva reysinin istiqamətini Əfqanıstana doğru dəyişmək istəyən sərnişin saxlanılıb. 

***

Rusiyada silahlı şəxs tərəfindən qaçırılan təyyarə Xantı-Mansi aeroportunda təcili eniş edib. 

Oxu.Az "Ren” TV-yə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Xantı-Mansi Muxtar Dairəsinin qubernatorunun müavini Aleksey Zabozlayev gəlib.

Bölgənin fövqəladə xidmətindən verilən məlumata görə, təyyarəni qaçıran şəxs 1978-ci il təvəllüdlü Pavel adlı şəxsdir.

***

Surqut-Moskva reysi ilə uçan təyyarə silahlı şəxs tərəfindən ələ keçirilib. 

Bununla bağlı avia-dispetçer xidmətindəki mənbə məlumat verib. 

Onun sözlərinə görə, silahlı şəxs təyyarənin Əfqanıstana doğru uçmasını tələb edib. 

Bildirilib ki, həmin şəxs narkotik, oğurluq və xuliqanlıq maddələri ilə əvvəllər məhkum edilib.


Təyyarədə yeddi ekipaj üzvü və 69 sərnişin var.  

Təyyarə Rusiya Xantı-Mansi Muxtar Dairəsi yaxınlığında yüksəkliyini azaldıb. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM