Rusiyada sınaqdan keçirilən COVİD-19 peyvəndinin ilk nəticələri AÇIQLANDI

10:35 | 30.06.2020
Rusiyada yeni növ koronavirusa qarşı hazırlanan peyvəndin sınaq nəticələri açıqlanıb.

Anews.az "ria.ru”ya istinadla xəbər verir ki, Moskvada sınaqdan keçirilən koronavirus peyvəndi müsbət nəticələr verib. Keçirilən bütün sınaqlar uğurla başa çatıb. Bu barədə Vektor Mərkəzinin baş direktoru Rinat Maksyutov məlumat verib. O bildirib ki, mərkəzdə hazırda 100-dən çox insan peyvənd üzərində çalışır.

Qeyd edək ki, bu günə qədər Rusiyada 9 min 166 nəfər COVİD-19-dan dünyasını dəyişib, 641 min 156 nəfər həmin xəstəliyə yoluxub, 403 min 430 nəfər isə müalicə edilərək sağaldılıb.
www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM