Rusiyada terror olan ərazidən keçən qatar artıq Bakıya çatıb

10:21 | 30.12.2013
Rusiyada terror olan ərazidən keçən qatar artıq Bakıya çatıb

Rusiyada terror olan ərazidən keçən qatar artıq Bakıya çatıb

Ötən gün Rusiyanın Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş vermiş partlayış «Azərbaycan Dəmir Yolları» QSC-nin Bakı-Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarının hərəkətinə təsir etməyib. Bunu «APA-Economics»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. N.Əzməmmədov deyib ki, həmin istiqamət üzrə hərəkət edən qatar artıq Bakıdadır. Qatar gecə saat 03:00-da Azərbaycan paytaxtına çatıb. Hər iki istiqamətdə qatarların hərəkət qrafikində heç bir dəyişiklik edilməyib. Qeyd edək ki, Bakı-Moskva qatarı həftənin I, III və V günləri saat 20:55-də yola düşür və həmin günlər əhər saatlarında Bakıya çatır. Xatırladaq ki, dünən Volqoqradın dəmir yolu vağzalında güclü partlayış olub. Hadisə nəticəsində 18 nəfərin həlak olduğu, 40-dan artığının isə yaralandığı bildirilir.ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM