Rusiyada baş verən yanğın nəticəsində bir ailənin 5 üzvü ölüb.
APA-nın "RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə Orenburq vilayəti Buzkukskiy rayonunun Koltubanovski qəsəbəsində qeydə alınıb. Yaşayış evində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən 29 yaşlı kişi, 25 yaşlı qadın, 3 yaşlı, 1 yaşlı uşaqların, yeni doğulmuş körpənin meyiti tapılıb. Onların bir ailənin üzvü olduğu bildirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !