Rusiyadakı Azərbaycan diasporu vəhhabilərin hədəfində

15:35 | 03.11.2014
Rusiyadakı Azərbaycan diasporu vəhhabilərin hədəfində

Rusiyadakı Azərbaycan diasporu vəhhabilərin hədəfində

“Rusiyadakı Azərbaycan diasporu İŞİD-in vəhhabi təbliğatçıları üçün hədəfdir”. Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Milli Strategiya İnstitutunun eksperti, islamşünas Rais Süleymanov deyib. O, vəhhabilərin Rusiyaya işçi miqrant simasında gəldiyini deyib: “Azərbaycanlı islamçıların Moskvada həbs olunması bu xalqa qarşı qəsdən təşkil edilmiş xüsusi aksiya kimi qəbul edilməməlidir. Onları azərbaycanlı olduğuna görə yox, Moskvanın Skotoproqon keçidində radikal islamçı düşərgə yaratdıqlarına görə həbs ediblər. Lakin Rusiyanın müxtəlif diasporlarında bu fundamentalistlər öz fəaliyyətlərini gizli şəkildə davam etdirirlər. Onlar buraya işçi miqrantlar kimi gəlirlər ki, bunun vasitəsilə də öz həmvətənləri arasında təbliğat aparmaq çox asan işə çevrilir. Tacikistan vəhhabiləri taciklər, Özbəkistanın “Hizb-ut-Təhrir” qruplaşması özbəklər, Azərbaycan vəhhabiləri isə azərbaycanlıları formalaşdırırlar. Rusiyada İŞİD tərəfdarlarının olması heç kimi təəccübləndirməməlidir. Rusiyadakı Azərbaycan diasporu İŞİD-in vəhhabi təbliğatçıları üçün hədəfdir. Öz mədəniyyətlərindən, vətənlərindən ayrı düşərək çətinliklərlə qarşı-qarşıya qalan insanlar çıxış yolunu və sakitliyi dində tapırlar. Bunlardan isə həmin təbliğatçılar mükəmməl şəkildə istifadə edirlər. Oliqarx Akif Sayadovun beynəlxalq terrorizmə maliyyə dəstəyi verməkdə günahlandırılaraq həbs edilməsini hələlik versiya kimi qəbul etmək lazımdır. Onu həm də külli miqdarda maliyyət ehtiyatlarını ələ keçirməkdə günahlandırırlar. Hələlik bu versiya ilə ittihamları dayandırmaq lazımdır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM