Rusiya hökuməti dekabrın 5-dən etibarən ABŞ-dan quş ətinin idxalının dayandırılmasına qərar verib.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verr ki, bu barədə BBC-nin Rusiya bürosu xəbər verir. Bildirilir ki, "Rosselxoznadzor" sabahdan quş əti və ondan hazırlanan məhsulların ABŞ müəssisələrindən Rusiya ərazisinə çatdırılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək. Rusiya bazarına ABŞ-dan quş ətinin gətirilməsinin bərpası üçün Amerika istehsalçılar "Rusiyanın baytarlıq tələblərinin pozulması hallarını aradan qaldırmalı" olacaqlar.
Xatırladaq ki, bu ilin avqustundan Rusiya Qərbin sanksiyalarına cavab olaraq Avropa İttifaqından, ABŞ-dan, Avstraliyadan, Kanadadan və Norveçdən mal, donuz və quş ətlərinin idxalına qadağa qoyub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !