Rusiyadan ABŞ-a sərt xəbərdarlıq

15:28 | 09.12.2014
Rusiyadan ABŞ-a sərt xəbərdarlıq

Rusiyadan ABŞ-a sərt xəbərdarlıq

"ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin inkişafının hansısa mərhələsində Rusiyanın buna adekvat cavab verməsi lazım gələcək".

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu "RİA Novosti”yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, Rusiya prezidenti Vladimir Putin Federal Şuraya son müraciətində ABŞ-ın qlobal raket hücumundan müdafiə sisteminin yaradılması (o cümlədən Avropada) istiqamətində israrlı səylərinin qüvvələr nisbətini pozduğunu və təkcə Rusiyaya deyil, bütün dünyanın təhlükəsizliyinə təhdid olduğunu bəyan edib . S. Lavrov qeyd edib ki, Rusiya məhz öz təhlükəsizliyi naminə hansısa mərhələdə adekvat cavab tədbirləri görməli olacaq: "Xəbərdarlıq edirik, öz təhlükəsizliyimiz naminə cavab tədbirləri görməli olacağıq. Bahalı silahlanma yarışına qoşulmaq niyyətində deyilik, amma ölkəmizin müdafiə qabiliyyətini etibarlı şəkildə möhkəmləndirəcəyik”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti