• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Rusiyadan Azərbaycana yeni partiya hərbi texnika gəlir

Rusiyadan Azərbaycana yeni partiya hərbi texnika gəlir
09.08.2014 14:45
Onların arasında ağır odatanların 6 maşından ibarət ikinci partiyası da yer alacaqRusiyanın “Uralvaqonzavod” müəssisəsi (UVZ) yaxın günlərdə Azərbaycandan aldığı sifariş üzrə hərbi texnikanın yeni partiyasını Bakıya göndərəcək. Bu barədə APA-ya müəssisədən məlumat verilib. Azərbaycana göndəriləcək hərbi texnikanın arasında TOS-1A “Solntsepyok” ağır odatanlarının (oqnemyotnaya sistema) 6 maşından ibarət ikinci partiyası yer alacaq. Bundan başqa, müəssisə Azərbaycanın sifariş verdiyi TMM-6 mexanikləşdirilmiş körpüləri və İMR-3M mühəndis-istehkam maşınlarının ilk partiyasını Azərbaycana göndərir. Azərbaycana ilk olaraq 3 ədəd İMR-3M yola salınacaq. TOS-1A “Solntsepyok” ağır odaatanlarının atəş məsafəsi 6 min metr, bir raketin məhvetmə sahəsi isə raketin tipindən asılı olaraq 25 min kvadratmetrdən 40 min kvadratmetrədəkdir (2.5-4 hektar). Qeyd edək ki, Azərbaycan 2011-ci ildə UVZ müəssisəsinə 100 ədəd T-90S tankı, 100 ədəd BMP-3M, 18 ədəd 2S31 “Vena”, 18 ədəd 2S19 “Msta-S” özüyeriyən haubitsası, 18 ədəd TOS-1A “Solntsepyok” ağır odaatanı, həmçinin TMM-6 mexanikiləşdirilmiş körpüləri, MTU-90M tank körpüsalanları, bu il isə İMR-3M mühəndis istehkam maşınları sifariş verib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə MN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Siyasət 14:32
Türkiyə MN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək
Siyasət 12:21
ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:07
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb
ABŞ Maduronun sürgün ediləcəyi ölkələri müzakirə edir — variantlar arasında Azərbaycan da var
Siyasət 07:13
ABŞ Maduronun sürgün ediləcəyi ölkələri müzakirə edir — variantlar arasında Azərbaycan da var
Prezident İlham Əliyev Özbəkistan səfərindən paylaşım edib -Video
Siyasət 21:44
Prezident İlham Əliyev Özbəkistan səfərindən paylaşım edib -Video
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Siyasət 20:09
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
Siyasət 12:41
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir - Prezident
Siyasət 11:44
Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir - Prezident
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxış edib - Yenilənib
Siyasət 11:32
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxış edib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol