Rusiyadan Finlandiyaya qaz nəqli dayandırılıb

09:45 | 21.05.2022
Rusiyadan Finlandiyaya qaz nəqli dayandırılıb

Rusiyadan Finlandiyaya qaz nəqli dayandırılıb

Rusiyadan Finlandiyaya qaz nəqli dayandırılıb. Bu barədə Finlandiyanın "Gasgrid Finland” şirkətinin məlumatında deyilir.

Qeyd olunub ki, hazırda ölkənin qaz sistemi sabitdir.

Daha əvvəl "Gazprom Export” şirkəti Finlandiyanın "Gasum” dövlət şirkəti ilə müqavilə üzrə qaz nəqlini mayın 21-dən etibarən dayandırılacağını açıqlamışdı. Buna səbəb Finlandiya tərəfinin aprel ayında nəql edilmiş qaza görə ödəniş etməməsi və rubl ilə ödəniş etməkdən imtina etməsidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti