Rusiyadan Krıma işıq verildi

23:58 | 03.12.2015
Rusiyadan Krıma işıq verildi

Rusiyadan Krıma işıq verildi

Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Ukraynadan anneksiya olunmuş Krım yarımadasına qəfil səfər edib, əraziyə elektrik təchizatı vəd edib.

Putin dənizdən keçən kabel layihəsinin açılış mərasiminə qatılıb, layihəni Krıma "enerji körpüsü” adlandırıb.

Krım elektriki, əsasən, Ukraynadan alır. Ötən ay 4 xəttin partladılmasından sonra yarımadanın 2 milyonluq əhalisi işıqsız qalıb.

Putin deyib ki, Rusiya Krımın 2018-ci ilədək enerji baxımından daha çox müstəqil olmasına yarım edəcək. "2017-2018-ci illərdə Krımın enerji istehsal Ukraynadan alınandan çox olacaq”, Putin söyləyib.

Həmin partlayışlara görə məsuliyyəti üzərinə götürən olmayıb. Rusiya və Krım hakimiyyəti Ukraynanı ittiham etsə də, Kiyev partlayışın səbəbini bilmədiyini deyir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM