Rusiyadan Krımla bağlı Şok açıqlama

18:25 | 28.02.2014
Rusiyadan Krımla bağlı Şok açıqlama

Rusiyadan Krımla bağlı Şok açıqlama

Məsləhətləşmələrə ehtiyac görmürük!
Krımda Rusiya Qara dəniz donanmasına məxsus hərbi texnikanın hərəkəti ikitərəfli baza sazişlərinə uyğundur
Rusiya Xarici İşlər Nazirliyi rəsmi Kiyevin iki notasına cavab verib.
 
APA-nın Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün Moskvada Ukraynanın Rusiyadakı səfirliyinin müşavirinə Ukrayna XİN-in Krımdakı hadisələrlə əlaqədar təcili ikitərəfli məsləhətləşmələrin keçirilməsi təklifinə cavab nota verilib.  
 
Rusiya xarici siyasət idarəsinin notasında qeyd olunur ki, Moskva Krım Muxtar Respublikasında baş verənləri Ukraynada gedən daxili siyasi proseslərin nəticəsi kimi qiymətləndirir. Bu üzdən də Rusiya Ukrayna tərəfinin təklif etdiyi məsləhətləşmələrə ehtiyac görmür.  
 
Qeyd edək ki, Ukrayna tərəfinə həmçinin Krımda Rusiya Qara dəniz donanmasına məxsus hərbi texnikanın hərəkəti ilə bağlı nota təqdim olunub. Notada qeyd olunub ki, bütün bunlar Rusiya ilə Ukrayna arasında Qara dəniz donanmasının statusuna dair imzalanmış baza sazişlərinə uyğundur. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM