Rusiyadan mesaj: “NATO Qafqaz üçün təhdiddir”

23:15 | 03.07.2015
Rusiyadan mesaj: “NATO Qafqaz üçün təhdiddir”

Rusiyadan mesaj: “NATO Qafqaz üçün təhdiddir”

Abxaziya, Rusiya və Cənubi Osetiya Gürcüstanın NATO-ya inteqrasiyasından narahatdır.
 
Axar.az xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
 
Nazirliyin məlumatına görə, bu istiqamətdə fəaliyyət Cənubi Qafqazın təhlükəsizliyi üçün təhdiddir:
 
"Gürcüstanın NATO istiqamətində fəaliyyəti Cenevrə razılığının əsaslarına ziddir. Əsas həyəcan siqnalını isə burada infrastrukturun yaradılması və Gürcüstan ərazilərində müntəzəm hərbi təlimlərin keçirilməsi yaradır”.
 
Qeyd edək ki, Rusiya 2008-ci il savaşından sonra Gürcüstan ərazisi olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM