Rusiyadan miqrantlara ağır ZƏRBƏ

20:27 | 23.12.2013
Rusiyadan miqrantlara ağır ZƏRBƏ

Rusiyadan miqrantlara ağır ZƏRBƏ

Rusiya hökuməti 2014-cü ildən etibarən əcnəbilərin bazarlarda, çadırlarda və apteklərdə işə alınmasını qadağan edib. 

Bu barədə Rusiya mediası yazıb.

Bildirilir ki, müvafiq sərəncam Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən dekabrın 19-da imzalanıb.

Həmin sərəncama görə, xarici vətəndaşların yuxarıda adları çəkilən ticarət sferalarında çalışması qadağan olunacaq. Buraya əcnəbilərin spirtli məmulatlar satması aiddir. 

Sərəncamın icra olunmasına RF-nin əmək və sosial müdafiə nazirliyi nəzarət edəcək.

musavat.com

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM