ANN.Az 365.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev bildirib.
İtisadçı ekspertin sözlərinə görə, ümumilikdə, Rusiyadan pul köçürmələri azalıb:" Mərkəzi Bankın məlumatına görə, ötən ilin 9 ayında köçürmənin həcmi $17,1 milyard olduğu halda bu il $16,5 milyarda düşüb. Azalma əsasən III rübün payına düşüb. Bu rüb $6,9 milyardlıq pul göndərilib. Halbuki 2013-cü ildə $7,2 milyard təşkil edib.
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 2014-cü ilin III rübündə 372 milyon dollar olub. Bu isə ötən ilin uyğun dövrü ilə müqayisədə 17 milyon dollar çoxdur. Ümumiyyətlə, 2013-cü ilin 9 ayı ərzində köçürmənin həcmi $875 milyon olduğu halda bu ilin 9 ayında $956 milyona qalxıb".
Samir Əliyev həmçinin qeyd edib ki, əsas pul azalması IV rübdə olacaq: "Çünki rublun ən çox dəyəsizləşdiyi dövr oktyabr-dekabr aylarına təsadüf edir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !