Rusiya XİN tərəfləri meyidləri qaytarmağa çağırıb“Dağlıq Qarabağda baş verən insidentlər və münaqişə ilə bağlı insan ölümləri hərtəfəfli araşdırılmalıdır”.ANS PRESS-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Azərbaycanda erməni diversant Karen Petrosyanın qəflətən ölümünə münasibət bildirərkən deyib.“Biz nizamlanmayan Dağlıq Qarabağ münaqişəsində insan ölümlərinə görə dərin narahatlıq hissi keçiririk”, deyə Lukaşeviç bildirib.Diplomat Karen Petrosyanın, eyni zamanda ölən digər erməni və azərbaycanlıların ailəsinə, yaxınlarına baş sağlığı verib. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olan belə insidentlər hərtərəfli araşdırılmalıdır.Aleksandr Lukaşeviç tərəfləri Azərbaycan və Ermənistan prezidentləri tərəfindən 27 oktyabr 2010-cu ildə ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə cəsədlərin qaytarılması haqqında verilən birgə bəynatına əməl etməyə çağırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !