Rusiyanın Səudiyyə Ərəbistanına 10 mlrd dollar dəyərində silah-sursatın tədarükünə dair sazişlər paketi hazırlanır. Sazişlərin Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Saudun Moskvaya gözlənilən rəsmi səfəri zamanı imzalanacağı gözlənilir. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Vedomosti” nəşrinə "Rostex” və "Rosoboroneksport”dakı mənbələr bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl kralın Rusiyaya səfəri ilə bağlı diplomatik kanallarla danışıqlar davam edir.
"Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Saud noyabrın sonunda Moskvaya səfər edəcəyi gözlənilir. Onun mümkün səfəri ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanına 10 mlrd dollar dəyərində silah-sursatın tədarükünə dair sazişlər paketi hazırlanır”, deyə məlumatda qeyd olunur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !