ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib.
"Türkiyə TANAP layihəsinin iştirakçısıdır. Avropa İttifaqı bir neçə dəfə narahatlığını bildirib ki, Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan yeni qaz kəmərinin tikintisi TANAP-ın reallaşdırılmasına təsir edə bilər. Ancaq bu belə deyil”, - deyə nazir bildirib.
Qeyd edək ki, dekabrın 1-də Türkiyəyə səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin "Cənub axını” layihəsinin dayandırıldığını bəyan edib. Həmin gün Rusiyanın "Qazprom” və Türkiyənin "Botaş” şirkətləri Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan boru kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıb. Borunun nəqletmə gücü 63 mln. kubmetr təşkil edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, V. Putin sözügedən boruya "Türk axını” adının verilməsinin təklif edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !