Rusiyadan Türkiyəyə daha bir zərbə - FOTO

23:20 | 27.11.2015
Rusiyadan Türkiyəyə daha bir zərbə - FOTO

Rusiyadan Türkiyəyə daha bir zərbə - FOTO

Moskva iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib


Rusiya Türkiyə ilə vizasız rejimi dayandırır. 

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov açıqlama verib. Lavrovun sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır.

"Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”, - deyə xarici işlər naziri bildirib.

Rusiya ilə Türkiyə arasında 2010-cu ildə imzalanan sazişlə qarşılıqlı olaraq viza rejimi ləğv edilmişdi.


Serqey Lavrov - Rusiya xarici işlər naziri

Noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiyaya məxsus "Su-24” qırıcısının türk "F-16”-dan raketlə vurulması iki dövlət arasında vəziyəti gərginləşdirib. Rusiya Müdafiə Nazirliyi bombardmançının uçuş sxemini yayaraq onların sərhədi pozmadığını qeyd edir.



Öz novbəsində Türkiyə tərəfi də ruslara xəbərdarlıq olunduğunu və onların sərhədi pozmaqda davam etdiyini bildirib. Rusiya lideri bu hərəkətə görə Türkiyə prezidentindən üzr istəməyi tələb etsə də Ərdoğan bildirib ki, onun ölkəsi sərhədi pozan vurulmuş təyyarəyə görə üzr istəməyəcək.




Türkiyə xəritədə

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti