Rusiyadan Ukraynaya yeni YARDIM

17:39 | 11.11.2014
Rusiyadan Ukraynaya yeni YARDIM

Rusiyadan Ukraynaya yeni YARDIM

Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov Ukraynanın şərqinə bu ay sonuna qədər yeni humanitar konvoy köməyi göndərəcəklərini söyləyib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, rus mətbuatına açıqlama verən Puçkov, "Konvoyu bu ay sonuna qədər göndərəcəyik. Konvoyun gedəcəyi qəti tarix Beynəlxalq Qızıl Xaç Komitəsi və Ukrayna orqanları arasında aparılan danışıqlar sona çatdıqdan sonra bilinəcək" deyib.Qeyd edək ki, Rusiya daha əvvəl də separatçıların nəzarətində olan Donetsk və Luqanska üç dəfə humanitar yardım göndərmiş, Ukrayna isə hadisəni "müstəqil dövlətin sərhədindən qeyri-qanuni keçmə" kimi qiymətləndirmişdi. Rusiya sonuncu dəfə 28 oktyabrda Ukraynanın şərq bölgələrində yaşayanlar üçün qış üçün nəzərdə tutulmuş vəsaitlərdən ibarət olan 100 tonluq humanitar yardım konvoyu göndərmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM