Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) Ermənistanda yerləşən hərbi bazasında mühəndis qoşunlarının səhra məşqləri başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə CHD-nin mətbuat xidməti xəbər yayıb.
"2200 metr hündürlükdə keçiriləcək praktiki məşqlərdə mühəndislər tək-tək qaydada və qrup şəklində kompleks tədris tapşırıqlarını yerinə yetirəcəklər. Onlar hərbi texnikanın idarə olunması üzrə normativləri yerinə yetirəcək, ərazidə kəşfiyyat və şübhəli partlayıcı elementlərin aşkarlanması üzrə tədbirlər həyata keçirəcək, müdafiə tikililəri inşa edəcək, su hövzələrində keçidlər hazırlayacaq və mina sahələri quraşdıracaq”, - deyə, məlumatda bildirilir.
Məşqlər bir ay ərzində davam edəcək, burada 100-dən çox hərbçi və 30-ya yaxın hərbi texnika iştirak edəcək.
Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir.
Bu baza MDB Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır. 2010-cu ilin avqustunda hər iki ölkə bazanın yerləşdirilməsi haqqında müqavilənin müddətini 2044-cü ilədək artırıblar. Baza S-300 sistemləri və MiQ-29 qırıcıları ilə təchiz olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !