​Rusiyalı məmurlara sosial şəbəkələrdən istifadə qadağan oluna bilər

12:31 | 04.08.2015
​Rusiyalı məmurlara sosial şəbəkələrdən istifadə qadağan oluna bilər

​Rusiyalı məmurlara sosial şəbəkələrdən istifadə qadağan oluna bilər

Dövlət Dumasında məmurlara və dövlət qulluqçularına xidməti cihazlar vasitəsi ilə sosial şəbəkələrdən istifadə edilməsinə qadağa qoyulması ilə bağlı qanun layihəsinin hazırlanmasına başlanılıb. 

"Report" Qazeta.RU-ya istinadən xəbər verir ki, bu barədə informasiya siyasəti Komitəsinin sədr müavini Vadim Dengin bildirib.

"Dövlət qulluqçularının xidməti kompüterlərdən sosial şəbəkələrdə ünsiyyət qurmalarına ehtiyac yoxdur. Onların hərəsinin öz vəzifələri və öhdəlikləri var, ona görə vaxtlarını boş yerə sərf etməməlidirlər. Bundan əlavə, daxili lokal şəbəkələrin təhlükəsizliyinin təmin olunması baxımından da belə serverlərin sosial şəbəkələrə çıxışının bağlanması əsaslandırılmış addımdır", - Dengin bildirib.

O, həmçinin deyib ki, sosial şəbəkələrdə istifadə olunan xüsusi proqramlar və əlavələrin çoxu xarici şirkətlər tərəfindən hazırlanıb və geniş İnformasiya müharibəsi şəraitində proqram səviyyəsində ölkəyə qarşı istifadə oluna bilər.
Qeyd edək ki, ekspertlər bu ideyanı dəstəkləyiblər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM