Rusiyalı qadının cəsədi Türkiyədə fındıq bağında tapılıb

14:31 | 16.10.2024
Rusiyalı qadının cəsədi Türkiyədə fındıq bağında tapılıb

Rusiyalı qadının cəsədi Türkiyədə fındıq bağında tapılıb

Türkiyə hüquq-mühafizə orqanları Ordu vilayətində rusiyalı Marqarita Karacanın ölüm səbəblərini araşdırıb. Bu barədə Rusiyanın Ankaradakı səfirliyi məlumat verib.


"Oktyabrın 12-də  Ordu şəhərində yaşayan və Rusiya və Türkiyə vətəndaşı olan Marqarita Karacanın qızı səfirliyə müraciət edərək anasının axtarışında köməklik göstərilməsini xahiş edib," - TASS səfirliyin açıqlamasından sitat gətirib.

 

Oktyabrın 8-də  Karaca evdən naməlum istiqamətə gedib. Konsulluq əməkdaşları onun əri və qardaşı ilə əlaqə saxlayıblar. Rusiyalı qadının  Türkiyə vətəndaşı olan əri  müraciət etdikdən sonra Türkiyə polisi və könüllülər itkin düşən şəxsin axtarışı ilə məşğul olub. 


"15 oktyabrda itkin düşən şəxsin cəsədi Ordu vilayətinin Altınordu rayonunun Pirahmet ərazisində tapılıb," - səfirlik əlavə edib.

 

Ölümün səbəbi Türkiyənin müvafiq orqanları tərəfindən araşdırılır.


DHA agentliyi daha əvvəl xəbər verib ki, 57 yaşlı Marqarita Karaca 8 oktyabrda Altınordu rayonundakı evindən çıxdıqdan sonra yoxa çıxıb.

 

Həmin gün qadının qohumları onun yoxa çıxması barədə polisə məlumat verib və sosial şəbəkələr vasitəsilə ictimaiyyətin diqqətini cəlb etməyə çalışıblar.

 

Təxminən bir həftə sonra axtarışlar nəticə verib. Polis çərşənbə axşamı günorta saatlarında Altınordu rayonunun Boztepe məhəlləsindəki fındıq bağında rusiyalının cəsədini tapıb.

 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM